Azərbaycan Respublikası Bakı
şəhəri 102 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Dilşad Şeyxzadə
“Qayğı göstər, hörmət et”
eTwinning layihəsində iştirak edən şagirdlər hansı bacarıqları yiyələnirlər.
Bu layihənin məzmunu uşaqlara
kiçik yaşlarından göstərilən qayğı nəticəsində onların gələcəkdə qayğıkeş,vətənpərvər
bir vətəndaş kimi yetişdirməkdir.
Layihənin məqsədləri:
1.Şagirdlərdə böyüklər tərəfindən
gördükləri qayğı nəticəsində yaşlılara,ailə üzvlərinə,müəllim və sinif yoldaşlarına,heyvanlara
və təbiətə verdiyi dəyər və hörmət aşılamaq
2.İKT bacarıqları inkişaf
etdirmək
3. Dil və yazı bacarığını
formalaşdırmaq
4. Vətənpərvərlik aşılamaq
5.Ailə dəyərlərinə qiymət
vermək
Layihə öz məzmunu və məqsədlərinə
əsasən çoxşaxəli olduğuna görə bir neçə fənnin inteqrasiyasını özündə ehtiva
edir. Layihə Azərbaycan dili, Həyat bilgisi, İnformatika, Təsviri incəsənət,
Texnologiya, Musiqi kimi fənlərin inteqrasiyasını təşkil edir.
Azərbaycan dili üzrə bir
neçə məzmun xətti ilə fəaliyyəti əhatə edir. Dinləyib anlama və danışma, oxu,
yazı məzmun xətlərinin fəaliyyətləri üzrə təşkil olunur.
Azərbaycan dili üzrə layihə
prosesində bu məzmu standartları reallaşır: 1.1.
Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.2. Şifahi nitq
bacarıqlarına malik olduğunu nümayiş etdirir.
3.1. Yazı vərdişlərinə yiyələndiyini
nümayiş etdirir.
İnformatika üzrə bu məzmun
standartları reallaşır:
3.1. Kompyuter haqqında sadə
biliklərə malik olduğunu nümayiş
etdirir.
3.2. Kompyuterdə sadə əməliyyatları icra edir.
3.3. Kompyuterdə müxtəlif şəkillər
çəkir.
3.4. Kompyuterdə mətnlər yığır
4.1. Cəmiyyətin inkişafında
informasiya prosesləri və informasiya texnologiyalarının əhəmiyyətini
anladığını nümayiş etdirir.
Həyat bilgisi üzrə məzmun
standartlarının reallaşdırılması:
1.1.
Müşahidə
etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş
etdirir.
2.1. İnsanı sosial varlıq
kimi dərk etdiyini nümayiş etdirir.
3.1. Ünsiyyət mədəniyyəti
haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
No comments:
Post a Comment